Xronik xəstəlik terminin mənası və həmin xəstəliklərdən hesab edilən sağlamlıq problemləri son günlərdə ən çox maraq dairəsində olan mövzulardandır.

Bəs xronik xəstəliklər nədir?

Mütəxəssislər koronavirusun məhz xroniki xəstəliyi olan insanlara daha çox təsir etdiyini deyirlər.

Xronik, vücudun hansısa nahiyəsində olan, uzunmüddət davam edən, bəzən düzəlməyən və müalicə imkanları daha sərhədli qəbul edilən xəstəliklərə verilən addır. Xroniki problemlərin başında isə ürək çatışmazlığı, damar tıxanıqlığı, ritm pozğunluqları və təzyiq kimi mənfi təsir göstərən xəstəliklər gəlir.

Xronik xəstəliklərinin xüsusiyyətləri:

Adətən orta yaşlarda başlayar və ömür boyu davam edər.

Zaman ərzində yaxşılaşma olsa da yenidən təkrarlanma riski yüksəkdir.

Xəstə daima nəzarətdə olmalıdır.

Xronik xəstəliklər hansılardır?

Astma - Tənəffüs yollarının iltihabı nəticəsində yaranan və tənəffüs çətinliyinə səbəb olan xəstəlikdir.

Yüksək təzyiq – bütün dünyada insan sağlamlığı üçün təhlükə olan, infarkt, böyrək çatışmazlığı kimi ölümlə nəticələnə bilən yayğın xəstəlikdir. Qan təzyiqi ilə ürək-damar xəstəlikləri arasında yaxın əlaqə vardır. Qan təzyiqi nə qədər yüksəkdirsə infarkt, ürək çatışmazlığı, göz və böyrək xəstəliklərinin inkişaf riski bir o qədər yüksəkdir.

Şəkər xəstəliyi – Diabet xalq dili ilə bilinən şəkər xəstəliyi, qandakı şəkər miqdarını tənzimləyən insulin hormonunun əksikliyi və ya kifayət qədər istehsal olunmasına baxmayaraq vücudun istifadə etməməsi nəticəsində yaranan xroniki pozuntudur.

Böyrək çatışmazlığı – Uzunmüddət böyrəyin funksiyalarını yerinə yetirə bilmədiyi zaman ortaya çıxır. Kritik bir mərhələyə gəldikdə böyrək çatışmazlığı yaranır və vücudun bütün orqanlarına təsir edən ciddi problemdir. Dünyada hər 10 nəfərdən birində bu xəstəlik mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.