Hamiləlik zamanı ən təhlükəli xəstəliklər

Hamiləlik zamanı ən təhlükəli xəstəliklər Aşağıda qeyd olunan xəstəliklərə hamiləlik zamanı yoluxduqda körpənin sağlamlığına ciddi təhlükə yarana bilər. Hamiləliyin planlaşdırılmasına məsuliyyətlə yanaşan xanımlar, yəgin ki, TORCH infeksiyaları barədə xəbərdardılar. TORCH – hamiləlik zamanı təhlükəli xəstəlikləri qeyd etmək üçün istifadə olunan həkim terminidir: toksoplazma, qızılca, sitomeqalovirus, herpes, suçiçəyi və s.. Lakin bu xəstəliklərlə hamiləlik zamanı təhlükəli xəstəliklərin sayı məhdudlaşmır. Toksoplazmoz Toksoplazmoz – infeksion xəstəlikdir, səbəbi parazit – toksoplazmadır. Hesab edilir ki, bu xəstəliyin əsas daşıyıcıları pişiklərdir. Əgər evinizdə xəstəliyə yoluxmuş pişik yaşayırsa, onunla ünsiyyət zamanı xəstəliyə yoluxma riski çox yüksəkdir. Toksoplazmoz nəinki yoluxmuş heyvanla ünsiyyət zamanı, həmçinin pişiyin ekskremetlərinə toxunduqda (təmizləyərkən) keçə bilər. Toksoplazmozun digər yoluxma yolu – qidaya xəstə heyvanın çiy (natamam hazır) ətini qəbul edilməsidir, çünki infeksiya həmçinin digər ev heyvanlarında da aşkar oluna bilər (inəklərdə, toyuqlara və s.). Ayrıca, infeksiya zəif yuyulmuş meyvə və tərəvəzlər vasitəsilə də keçə bilər (onlar toksoplazma sürfələri olan torpaqla təmasda ola bilər). Toksoplazmoz çox vaxt əlamətlərsiz keçir, lakin, bəzən aşağıdaki əlamətləri müşahidə etmək olar: subfebril temperatur, böyümüş limfa düyünləri, ürəkbulanma, əzələ və oynaqlarda ağrılar, ümumi zəiflik. Çox nadir hallarda toksoplazmozun ağırlaşmış formalarında görmə qabiliyyətinin zəifləməsi və xroniki baş ağrıları ola bilər. Normal immuniteti olan insanların orqanizmi üçün virus adətən heç bir ciddi təhlükə yaratmır. Lakin toksoplazmoza hamilə qadının yoluxması körpə üçün çox təhlükəli ola bilər, çünki toksoplazma ciftdən körpənin orqanizminə daxil ola bilər. İlk trimestrdə xəstəliyə yoluxma ehtimalı çox azdır, lakin əgər döl infeksiyaya yoluxubsa bu zaman uşaqdüşmə halı və ya hamiləlik inkişafının dayanması baş verə bilər. Döl üçün ən təhlükəlisi toksoplazmayla ikinci və ya üçüncü trimestrlər zamanı yoluxmasıdır. İnfeksiyaya yoluxma nəticəsində dölün inkişafında müxtəlif anomaliyalar yarana bilər, həmçinin dölün tələfi, gözlərinin və beyninin zədələnməsi baş verə bilər. Toksoplazmoz xəstəliyinə yoluxmamaq üçün nə etmək lazımdır Özünü və gələcək körpəni infeksiyadan qorumaq üçün hamilələr seroloji analiz verməlidir (adətən hamiləlik zamanı iki dəfə: ilk dəfə - qeydiyyata düşdüyü an, ikinci dəfə - hamiləliyin 30-cu həftəsində), pişikləri müayinə etməlidir (əgər evdə pişik saxlayırsa) və hamiləlik zamanı digər pişiklərlə təmasdan uzaq durmaq lazımdır. Qidaya yalnız yaxşı bişmiş ət qəbul etməli, həmçinin meyvə və tərəvəzləri təmiz yumalıdır, torpaqla təmasdan uzaq durmalıdır. Rubella- məxmərək Məxmərək xəstəliyinin körpənin inkişafına mənfi təsiri barədə demək olar ki, bütün gələcək analar bilir. Adətən qızılca xəstəliyinə uşaq vaxtı yoluxurlar və ya vaksinasiya olurlar və gələcəkdə bu xəstəliyə qarşı güclü immunitet yaranır. Əgər hamilə qadın əvvəllər bu xəstəliyə yoluxmayıbsa və hamiləlik zamanı xəstələnirsə, dölün infeksiyaya yoluxması onun həyatı üçün ciddi təhlükələr yaradır, hətta göstərişlərə əsasən hamiləliyi dayandırmaq tövsiyyə olunur. Körpədə baş beynin inkişafdan qalması, anadangəlmə katarakta və karlıq, müxtəlif ürək qüsurları, ensefalit, meningit kimi patologiyalar yarana bilər. Qızılca xəstəliyinə yoluxmamaq üçün nə etmək lazımdır Yeganə profilaktik tədbir vaksinasiyadır, mütləq qaydada hamiləliyi planlaşdırmazdan 3 ay öncə edilməlidir, paralel olaraq bu müddətdə baryer kontraseptiv üsullardan istifadə olunmalıdır. Əgər vaksinasiya olunmadan və xəstəliyə tutulmadan hamilə qalmısınızsa mütləq qaydada xəstəliyə yoluxmuş insanlardan uzaq durmağa çalışın. Sitomeqalovirus Sitomeqalovirus –cinsi yolla, tüpürcək vasitəsilə, ana südüylə, həmçinin məişət yolu ilə (məs. ümumi dəsmaldan) keçən infeksiyadır. Özlüyündə insan üçün sitomeqalovirus infeksiyası təhlükəli deyil və hətta insanlar arasında geniş yayılmışdır: həyatının ilk anlarında hər beşinci adam 35 yaşa qədər – 40% yaxın, 50 yaşa qədər – 95%-dən yuxarı insanlar bu xəstəliyə yoluxmuşdur. Bir çox hallarda o özünü birüzə vermir, lakin immunitetin düşdüyü an (məs. HİV infeksiyası, kimyəvi terapiya, mürəkkəb əməliyyatlar zamanı), virus gözlərin, ağ ciyərlərin, həzm sisteminin zədələnməsinə səbəb ola bilər və ölümlə nəticələnə bilər. Lakin, bir çox hallarda sizi mononükleoz tipli bir sindrom narahat edə bilər – hansı ki, asan müalicə olunur və heç bir iz buraxmır. Lakin hamiləlik zamanı ilkin yoluxma və virusun kəskinləşməsi təhlükəlidir. Cift vasitəsi ilə virus körpəyə 40-50% hallarda keçə bilər və nəticələri dəhşətli ola bilər. Dölün erkən həftələrdə infeksiyaya yoluxması, uşaqdüşmə halları və dölün inkişaf anomaliyalarıyla nəticələnə bilər. Sonraki həftələrdə yoluxma, amniotik mayenin miqdarının artmasına, vaxtından əvvəl doğuşa və anadan gəlmə sitomeqaliyaya səbəb ola bilər. Herpes Sitomeqalovirus kimi herpes də illərlə heç bir təhlükə törətmədən orqanizmdə yaşaya bilər – bəzən, immunitetin düşdüyü halda, virus aktivləşir (məsələn dodaq, genital nahiyyədə və dəridə səpgilər əmələ gəlir). Lakin, ümumilikdə insan orqanizmi üçün virus təhlükəli deyil. Lakin, hamiləlik zamanı virusa ilk dəfə yoluxma təhlükələr yaradır. Hamiləlik zamanı genital herpes ilk dəfə aktivləşəndə virus cift vasitəsi ilə dölə keçərək onun toxumalarında inkişaf etməyə başlayır, bu da dölün tələf olmasına və ya uşaqsalma hallarına, anadangəlmə qüsurlara, baş beynin, qaraciyərin, digər orqanların zədələnməsinə, inkişafdan qalmış hamiləliyə səbəb ola bilər. Dölün virusa yoluxma riski bu zaman 75% bərabərdir. Əgər genital herpesin ilkin əlamətləri doğuşdan 30 gün əvvəl aşkar olunursa bu zaman qeysəriyyə əməliyyatı tövsiyyə olunur ki, körpə virusa yoluxmasın. Əgər ana virusa hamiləlikdən öncə yoluxubsa, demək ki, onun orqanizmində virus əleyhinə anticismlər mövcüddur. Bu zaman körpənin yoluxma riski 1-5%-ə bərabərdir, bu da yalnız virusun doğum yollarında yerləşdiyi an baş verir. Herpesə yoluxmamaq üçün nə etmək lazımdır Hamiləlik zamanı herpes əleyhinə profilkatika immunitetin möhkəmləndirilməsindən ibarətdir. Suçiçəyi Bir çoxlarının üşaq vaxtlarında yadlarında qalan xəstəlik suluğabənzər səpgilərlə yadda qalır, hansı ki, sağaldıqdan sonra itir və bir də yenidən yaranmır. Adətən, suçiçəyi hamilələr üçün təhlükəli xəstəliklər qrupuna aid edilmir, lakin əgər analar hamiləlik zamanı suçiçəyinə yoluxarsa, bu həm ana ,həm də körpə üçün ağır fəsadlarla nəticələnə bilər. Suçiçəyi xəstəliyi zamanı ananın həyatı üçün təhlükə körpədən daha yüksəkdir. Məsələ orasındadır ki, təxminən 15% hamilələrdə fizioloji immunodefisit fonunda (hamiləliklə əlaqəli) suçiçəyinə yoluxma zamanı ağciyər pnevomiyası yarana bilər, bu da ananın sağlamlığı üçün çox təhlükəlidir – bu vəziyyətdə ölümcül nəticələrin sayı da az deyil. Pnevmoniyanın yaranma riski ən çox hamiləliyin üçüncü trimestrinə təsadüf edir. Körpə üçün də suçiçəyi təhlükəlidir: cift vasitəsi ilə körpənin orqanizminə daxil olaraq virus ürək qüsurlarına və körpənin bətndaxili tələfinə səbəb ola bilər. Suçiçəyinə yoluxmamaq üçün nə etmək lazımdır Hamiləliyi planlaşdıran müddətdə vaksinasiya tövsiyyə olunur, hamiləlik zamanı, suçiçəyinə yoluxmuş insanlardan uzaq durmaq məsləhətlidir.

Hal-hazırda bu xəstəliklərin təyini üçün bütün ginekoloji analizləri  “Muğan Klinika” MMC-nin laboratoriyasında verə bilər və  menbran Plazmoferez vaistəsi ilə qanın yuyulması, virustan təmizlənməsi həyata keçrilir

. Qeydiyyatdan keçmək üçün (023) 235 77 44 nömrəli Çağrı Mərkəzi və ya (070) 235-77-44 nömrəli Whatsapp nömrəmiz ilə əlaqə saxlaya bilərsiniz. Onlayn qeydiyyat üçün http://www.muqanklinika.com saytımızın və rəsmi sosial media hesablarımızın ismarıc bölməsindən yazaraq onlayn qeydiyyatdan keçə bilərsiniz.