Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) protokollarına əsasən hər bir insan heç bir şikayəti olmasa belə 45-50 yaşın üzərində mütləq endoskopik müayinələrdən, qastroskopiya və kolonoskopiya müayinəsindən keçməlidir. Nəyə görə bu belədir? Çünki, poliplər dediyimiz xoşxassəli törəmələr var ki, və yaxud hər hansı xoralar, xərçəngləşmə riski olan xoralar, ilkin etapda aşkarlandıqda bunların demək polipektomiya vasitəsilə və yaxud xoraları əməliyyat vasitəsilə tamamilə xərçəngdən azad olmaq mümkündür, qurtulmaq mümkündür, vaxtında müayinə əsasında. Xəstələrimiz təəssüf ki, bu müayinələrdən qorxurlar. “Mən zond uda bilmərəm, mən bu müayinəni istəmirəm, bu müayinəyə ekvivalent başqa müayinə mümkündürmü?” sualları verirlər. Qastroskopiya və kolonoskopiya müayinəsi qorxulu müayinə deyil. Əgər xəstələrimizin fobiyası varsa, ayıq şəkildə udmağa, bu müayinəni sedasiya dediyimiz yüngül yuxu gətirici dərman vasitəsilə venadaxili vurulduqdan sonra xəstələr yatır və heç bir ağrı, şikayət hiss etmirlər. Qastroskopiya müayinəsi 5 dəqiqəlik müayinədir. Kolonoskopiya müayinəsi, müayinədə qarşımıza çıxan patologiyalardan asılı olaraq, yarım saatlıq və ya 15 dəqiqəlik bir müayinədir. Xəstələr oyandıqdan sonra tam normal həyat şəraitinə davam edə bilərlər. Yəni bu ümumi narkoz deyil. Bu sualıda xəstə çox verir. Qorxulu heç bir əlavə təsiri olmayan dərmanlar vurulur müayinə sırasında. Endoskopik müayinələr mədə-bağırsaq patolgiyasının aşkarlanmasında dünyada qızıl standart olaraq öndə gəlir. Ona görə zamanında şikayətimiz varsa, müayinələrdən keçib müalicəyə başlamağımız tövsiyə olunur.