Normada orta yaşlı sağlam insanların gündəlik yoda olan təlabatı 120-300 mkq-dır. Gün ərzində 100 mkq-dan az miqdarda yodun orqanizmə daxil olması, qalxanabənzər vəzin böyüməsinə (hiperplaziya), beləliklə, zob xəstəliyinin inkişafına səbəb olur. Yəni, qalxanabənzər vəz yod defisitinə kompensator olaraq böyümə ilə cavab verir. Yod defisitini müəyyən etməyin ən ideal yolu sutkalıq sidikdə xüsusi labaratoriyalarda sidiklə xaric olan yodun təyin edilməsidir. Xəstəliyin profilaktikasında kalium yodid əlavə olunmuş xörək duzundan istifadə olunur. Xəstəliyin yaranmasında isə başlıca rol irsiyyət, xəstəliyə genetik yaxınlığa bağlıdır. Burada əsəb-sinir sisteminin rolu, xroniki stres reaksiyaları,immuniniteti də unutmaq olmaz.Qadınlarda xəstəlik kişilərə nisbətən 3-4 dəfə çox rast gəlinir. Zob xəstəliyinin inkişafında hamiləliyin, xüsusi təkanverici rolu vardır. Hamiləlik zamanı xəstələrimizin xüsusi kontrolu və təqibi çox vacibdir. Qadın və kişi sonsuzluğunda da bəzən əsas səbəb olaraq, qalxanabənzər vəzin xəstəlikləri araşdırılmalıdır. Praktikada bəzən uzun zaman sonsuzluq problemi ilə əlaqədar xeyli müddət səmərəsiz müalicə almış xəstələrdə araşdırma zamanı “zob” sürprizi ilə rastlaşırıq.

Qeydiyyatdan keçmək üçün (023) 235 77 44 nömrəli Çağrı Mərkəzi və ya (070) 235-77-44 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz. Onlayn qeydiyyat üçün http://www.muqanklinika.com saytımızın və rəsmi sosial media hesablarımızın ismarıc bölməsindən yazaraq onlayn qeydiyyatdan keçə bilərsiniz. Həkim Endakrinoloq Günay Nağıyeva, qəbul mütamadi Muğan klinikada aparılır